Nazir: “Azərbaycan 2028-ci ilədək enerji ehtiyaclarının 30%-ini bərpa olunan mənbələrdən təmin edəcək”
16-yan, 21:43 105 Gündəm“Azərbaycan bərpaolunan mənbələrdən enerji ehtiyaclarının 30%-ini təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.
“Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30%-ni bərpa olunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək, hədəfimizə daha tez - 2028-ci ilə qədər nail ola bilərik”, - deyə nazir qeyd edib.