Dahi şəxsiyyət, Uzaqgörən lider, Cəsarətli insan


Tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. Bu gərgin, yorulmaz fəaliyyətin nəticəsində Azərbaycan tək regionda deyil, postsovet məkanında söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda elə bir iqtisadi, siyasi layihə yoxdur ki, Azərbaycanın iştirakı olmasın, rəyi nəzərə alınmasın.
Sözsüz ki, Qarabağ probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan liderinin 20 illik fəaliyyətinin ən mühüm nailiyyətidir. Nəticədə 30 il Vətən həsrəti ilə alışıb-yanan insanların doğma torpaqlarına qayıdışı təmin olunur. İşğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, qısa müddət ərzində bütün keçmiş qaçqın və məcburi köçkünlərin doğma yurda, öz ev-eşiklərinə dönüşü baş tutacaq. Dövlətimizin başçısı Azərbaycan tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Etiraf edək ki, bu xoşbəxtlik çox az liderə nəsib olur.
Azərbaycan sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri ilə Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Dünya hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində keçirilən tədbirlərlə reallaşması qeyri-mümkün olan həyata keçirildi. Bu, Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavəndə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin çoxlu faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin daha da çox səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin yüksək faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu ildə yenə xalqın etimadı ilə seçicilərin səs çoxluğu ilə Prezident seçildi.
Ötən 20 il ərzində Azərbaycanın əsrə bərabər inkişafı göstərir ki, xalq doğru seçim edib. Seçdikləri lider isə hər zaman xalqı, vətəni üçün çalışıb. Azərbaycanı bu illər ərzində zəfərdən zəfərə, zirvədən zirvəyə aparıb. Uğurumuz istər siyasi meydanda, istərsə də hərb meydanında davamlı olub.
Müzəffər Ali Baş Komandan hər dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli nitqində strateji prioritetləri müəyyən edib-artıq o dövrdə İlham Əliyev ölkə daxili, geosiyasi və qlobal müstəvidə mövcud trendləri aydın görür, nəyi, nə vaxt və necə etməyi çox dəqiq bilirdi.
İlham Əliyevin əsas hədəf kimi Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi yol xəritəsi:
■ güclü iqtisadi potensialın formalaşdırılması,
■ müasir cəmiyyət quruculuğu,
■ qüdrətli Silahlı Qüvvələrin yaradılması,
■ beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi;
■ Yekun hədəf - regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyinin bərpası.
Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində   yeni-yeni nailiyyətlər, uğurlar  arzu edirəm.  Yaşasın cənab prezident!

Nəsib Əsədov
Abşeron DYP nin rəisi