AHİK-ə katib təyin edildi
23-yan, 12:27 102 Gündəm / CəmiyyətAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) katib təyin edilib.
Bu vəzifəyə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Nəsirov gətirilib.
O, AHİK-də hər iki vəzifəni icra edəcək.
Qeyd edək ki, Rəşad Nəsirov keçmiş ANS, “Lider” telekanallarında və İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb.
Jurnalist 2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor və “Xəbərlər” informasiya proqramları studiyasının direktoru vəzifələrində işləyib. 2015-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunan Rəşad Nəsirov 2020-ci ildə həmin vəzifədən azad olunub.