Bakı-Qazax magistralında 10-dan çox maşın toqquşdu: Xəsarət alanların kimlikləri bilindi
28-yan, 11:24 109 Gündəm / Cəmiyyət / BölgəBakı-Qazax-Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
“Report” məlumatına görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı - 1970-ci il təvəllüdlü Atəş Asan oğlu Bekar və 1990-cı il təvəllüdlü Ramazan Abdulla oğlu Taş xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.
Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində üç TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.
01:12
Yanvarın 27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.
Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.