“Boutiquelchie” insanları aldadır? – ŞİKAYƏT/FOTO
01-fev, 17:21 100 Gündəm / CəmiyyətBir müddət öncə sosial şəbəkələrin birində “Boutiquelchie” adlı səhifədə paylaşılan məhsul (çəkmə, “sapaşki”) xoşuma gəldi, bəyəndim və yazdım. Məlumatlandırdılar ki, yüksək keyfiyyətli və Türkiyədən bir başa ölkəyə ilkin ödənişlə gətirilir, çatdırılma müddəti ödənişdən qeydiyyat alınır 7-14 gün müddətindədir. İlkin ödəniş etdim, məhsul 2 ay 2 həftəyə gəlib çıxdı. (Red.məhsulu baxmayaraq qış fəsli daxil olmamış sifariş vermişdim, artıq az qala qış qurtarsın). Hər dəfədə yazanda ki,niyə məhsulu göndərmirsiniz cavabları gömrukdə mallar ilişib qalıb olub. Məhsul 2 ay 2 həftəyə gəlib çatdı ödənişim 90 AZN oldu. Sifariş verdiyim məhsulla mənə gətirilən məhsul çox fərqlidir. Reklam etdikləri incə çox dəbdəbəli, təhvil verdikləri kobud və tam fərqli sadəcə kənar profildən baxanda hə oxşatmaq istəyiblər. Məhsula baxan kimi bilirsən ki, yerli özəl sexlərin birində tikilib. Bu məhsulun Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Alıcı tərəf olaraq mən bu səhifədən şikayətçiyəm. Mənim vaxtımı da itkiyə verdilər və gələn məhsulda sifarişdə göstərdiyim deyil.
Belə səhifələrə aldanmayın, alıcıların inamından sadəlövhlüyündən istifadə edirlər. Belə işbazları ifşa etmək lazımdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri
Təhvil aldığım