Mənim-bizim seçimimiz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı


Mənim-bizim seçimimiz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın igid oğlu, əsrin diplomatik lideri İlham  Heydər oğlu Əliyevdir –Könül Nəbizadə
  Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti xalqının  öz liderinə inam və etimadını daim artırmışdır. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində İlham Heydər oğlu Əliyev inamlı qələbələr qazanmışdır.
   Əsrə bərabər 19 ilin zirvəsində dünya siyasətində mövqeyimiz, iqtisadi dirçəlişimiz və işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi bizə bir daha sübut etdi ki, Azərbaycan xalqının dahi oğlu, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu hər bir Azərbaycanlının qürur mənbəyi və hər bir Azərbaycanlının Prezidentidir.
   Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Qələbəmizin bünövrəsi geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi.
   Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

    Sabah 7 fevral 2024-cü il tarixində təqaütçü atam və pedoqoq anamla birlikdə seçki məntəqəsinə gedərək səsvermədə iştirak edəcəm və əlbətdə ki, səsimizi Azərbaycanın əbədiyaşar ulu öndəri Heydər  Əliyevin layiqli davamçısı, xalqımızı zirvəyə ucaldan,  torpağımızı vahidləşdirən və ərazi bütövlüyümüzü bərpa edərək  şəhidlərimizin, dədə-babalarımızın ruhuna ehtiramla yanaşan 21 əsrin lideri, xalqımızın igid oğlu, sərkərdəsi, Ali Baş Komandanımız cənab İlham Heydər oğlu Əliyevə olacaq, hər birimiz zəfəri bizə yaşadan dahi liderin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevə səs verək bu yolla təşəkkürümüzü ehtiramımızı bildirək.
  Nəbizadə Könül Faxrəddin qızı.