Bu gün Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü baş tuta bilər
19-fev, 10:59 80 Gündəm / SiyasətBu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
R.T.Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılanması planlaşdırılır.
Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş nəzərdə tutulub.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıla bilər. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri müzakirə edə bilərlər.
Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimi baş tuta bilər.
Ardınca İ.Əliyev və R.T.Ərdoğan birgə mətbuat konfransının keçirilməsi də gözlənilir.
Xatırladaq ki, Azərbaycan lideri R.T.Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir.