DÜNYA AZƏRBAYCANLILARINI LİDERİ CƏNAB İLHAM ƏLİYEV SİZİ TƏBRİK EDİRİK!
11-fev, 13:32 89 Gündəm / SiyasətAzərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövrü böyük bir epoxa təşkil edir. Heydər Əliyev epoxası sosializm cəmiyyəti şəraitində xalqımızı dövlət müstəqilliyinə hazırlamaqdan ölkəmizdə müstəqil dövlətçiliyin xilasına və yenidən bərpa edilməsinə, gələcək inkişafın möhkəm təməllərinin yaradılmasına qədərki ümummilli xarakterli kompleks məsələləri özündə birləşdirir. Bu tarixi epoxanın yaradıcısı və aparıcı tarixi siması olan görkəmli dövlət xadimi Heydər Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə əbədi həkk olunmuşdur. Heydər Əliyev epoxasının ictimai-siyasi hadisələri və tarixi nailiyyətləri xalqımızın mənəvi təkamülündə Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında xüsusi mərhələ kimi şərəfli tarixə çevrilmişdir.
İlham Əliyev erası - çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olmaqla bərabər, həm də müstəqillik dövrünün taleyüklü məsələlərinin həlli, gələcəyə baxışı əks etdirən böyük bir mərhələdir.
İlham Əliyev erasının böyük tarixə çevrilmiş ən mühüm hadisələrindən biri və ya cəmi bir neçəsi yetər ki, hər hansı dövlət rəhbəri öz xalqının qüdrətli lideri kimi qəbul olunsun. Əhəmiyyətinə və mahiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 ilin isə hər ili möhtəşəmdir.
Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət rəhbəri kimi İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır. Prezident İlham Əliyev üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəddir.
Cənab Prezident hər bir müsahibəsində təmkinli, diplomatik və tutarlı cavabları ilə bütün dünya ictimaiyyətinin Azərbaycan və Azərbaycanlılar haqqında olan fikirlərini dəyişməyə müvəffəq olan bir şəxsiyyətdir. 44 gündə Cənab Prezidentin özünün də iştirakı ilə Azərbaycanın bütün sahələrində düşmənə qarşı qurulmuş cəbhədən layiqli cavablar verildi. Bu 44 günlük müharibə ilə İlham Əliyev Azərbaycanı böyük və regionda söz sahibi olan dövlətlər arasında söz haqqı olan, hər kəsin hesablaşmağa mıcbur olduğunu bir dövlət kimi tanıtdı və bunu möhürləməyi bacardı. Bu döyüşdə müzəffər Azərbaycan ordusu şanlı tarix yazdı. Hətta bir çox xarici hərbi ekspert Azərbaycan ordusunun hərbi yeniliklərə imza atmalarını xüsusi vurğulayırlar. Azərbaycan ordusu müasir dövrdə müasir silahlardan istifadə edərkən zəfər çalan bəlkə də ilk ordudur. Bu şanlı tarixin yazılmasının əsas memarı- Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevdir. Qəhrəman, xilaskar sərkərdəmiz İlham Əliyevlə fəxr edir, qürur hissi keçiririk. O, şəhidlərimizin qanının yerdə qalmaması üçün, tarixi dədə-baba torpaqlarımızın işğaldan azad olunaraq, müstəqil Azərbaycan Respublikasının 3 rəngli, ay-ulduzlu bayrağının o müqəddəs Vətən torpaqlarında yenidən dalğalandırılması üçün bütün var-qüvvəsini əsirgəmədi. Bu gün biz qürurla, başı dik, alnı-açıq, üzü-ağ gəzə bilirik. Bu xoşbəxtliyi isə bizə cənab Prezident- Ali Baş Komandan İlham Əliyev bəxş edib. Onun müdrikliyi, uzaq görənliyi, qətiyyəti sayəsində Azərbaycan xalqı qalib xalq kimi dünya birliyində Günəş kimi doğdu. Cənab Prezident, Ali Baş Komandan, Xilaskar və Sərkərdə.
Çox yaşa Cənab Prezident! “Biz fəxr edirik ki, Azərbaycanlıyıq” – bu gün həqiqətən bu ifadəni başımız dik səsləndirə bilirik. Bunlar sizin sayənizdədir. Xislətində kişilik, mərdlik, cəsurluq, hünər, ədalət səmimiyyət, qətiyyət, idarəçilik, rəhbərlik, siyasətçilik, diplomatiya, inovasiya, dilçilik, yüksək beynəlxalq intellektual səviyyə - vətənimizi – vətəndaşımızı, dövlətimizi Azərbaycanın bütövlüyünü sevən və bərpa edən bir şəxsiyyətdir – İlham Əliyev! Onun Günəş kimi parlayan çöhrəsi, görkəmi – qoy xalqımıza işıq, ruzi-bərəkət, sülh və əmin-amanlıq rahat və firavan həyat bəxş etsin!
Azərbaycanın qurtuluş tarixini yazan Sərkərdəmizə eşq olsun!
Hörmətli cənab Prezident.
Dünyada yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizi seçkidə qalib gəlməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Fəxr edirik ki, Sizin kimi dünyanın ən nüfuzlu liderlərindən biri olan Prezidentimiz var. Sizin və rəşadətli Ordumuzun böyük uğurları sayəsində biz azərbaycanlılar indi qürurla, alnıaçıq yaşayır və çalışırıq. Siz layiqli övlad kimi Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirdiniz, vəsiyyətini yerinə yetirdiniz, adınızı tarixə qızıl hərflərlə yazdınız. Siz öz fəaliyyətinizlə Azərbaycana sevginizi nümayiş etdirərək onun müstəqilliyini möhkəmləndirdiniz, ərazi bütövlüyünü tam təmin etdiniz, təhlükəsizliyini, hərtərəfli siyasi və iqtisadi inkişafını təmin etdiniz, xalqın rifahı naminə böyük işlər gördünüz. Sizə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.
Fürsətdən istifadə edərək, Sizi bird aha təbrik edirik. Sizə həmişə qələbə arzulayırıq.
Qələbə Sizə çox yaraşır cənab Ali Baş Komandan!
Misgər Məmmədov
ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent