İki ildə beş əməliyyat keçirən körpənin anası: “Müalicə üçün dəstəyə ehtiyacımız var”
13-mar, 11:35 81 GündəmBu barədə Oxu.Az-a onun anası Aydan Vəlizadə məlumat verib.
O bildirib ki, övladı anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir:
“Onur kiçik ömründə beş dəfə əməliyyat keçirib. Sonuncu əməliyyatı isə sizin saytın oxucularının dəstəyi ilə baş tutub. Onur xəstəliyi ilə bağlı normal gəzə, hərəkət edə bilmir. Həkimlər deyirlər ki, müalicə edilərsə, bir az da olsa, düzələcək. Hazırda Onurun müalicəsi üçün 700 manata ehtiyacımız var. İnanın, əməliyyatlar boyu hər şeyimizi satmışıq, nə qızılım, nə başqa dəyərli əşyam qalıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 481-66-09.
Kart: 5243 7544 4356 3737.