Kim Çen In ordunun ən yeni tankını özü sınaqdan keçirdi


Şimali Koreya lideri Kim Çen In ölkə ordusunun ən yeni tankının sınaqlarında iştirak edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.
Bildirilir ki, o, KXDR-də keçirilən tank heyətinin yarışlarında iştirak edib.
“Kim Çen In şəxsən yeni tipli döyüş tankında oturdu və sükanı möhkəm tutaraq tankı idarə etdi, bununla da ordumuzun tankçılarının yüksək əhvali-ruhiyyəsini yüz qat gücləndirdi”, - deyə məlumatda vurğulanıb.
O da vurğulanır ki, Şimali Koreya lideri döyüş maşınının güclü zərbə qüvvəsini və manevr qabiliyyətini yüksək qiymətləndirib.
 Mənbə: Kp.ru

Bizimlə əlaqə saxlayın

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləriŞahidi olduğunuz hadisələri çəkib bizə göndərin!