İcma: “Ermənistan sistematik islamofobiyanın beşiyidir”
16-mar, 11:44 67 GündəmQərbi Azərbaycan İcması bəyanat yayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında martın 15-də qəbul edilən “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnaməni alqışladığını bildirib.
Oxu.Az xəbər verir ki, bəyanatda Qərbi Azərbaycan İcmasının islamofobiyaya qarşı beynəlxalq səylərə həmişə fəal töhfə verdiyi qeyd edilib və ötən il icmanın bu mövzuda müraciətinin BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılması xatırladılıb.
“Dövlətlərin əksəriyyətinin lehinə səs verdiyi sözügedən qətnamə Ermənistan tərəfindən dəstəklənməyib. Ermənistanın sistematik islamofobiyanın beşiyi olduğunu nəzərə alsaq, bu ölkənin qətnamə üzrə mövqeyi təəccüb doğurmur. Xatırladaq ki, dövlət səviyyəsində islamofobiya siyasəti aparan Ermənistan müsəlmanlara qarşı total etnik təmizləmə aparıb, müsəlmanların ibadət yerlərini və qəbiristanlıqlarını dağıdıb. Ermənistan müsəlmanlara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş caniləri şöhrətləndirir. Bu ölkə hələ də qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmasına imkan vermir”, - bəyanatda deyilir.
İcma islamofobiya və ksenofobiyaya qarşı mübarizədə birləşmiş bütün dövlətləri Ermənistanın İslamofob siyasətini pisləməyə və oradan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırıb.