Polisdən ƏMƏLİYYAT: Tüfənglər və qumbara təhvil götürüldü


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında üç ədəd tüfəng və bir ədəd qumbara təhvil götürüblər.