NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq?
29-mar, 13:03 69 GündəmAzərbaycanda istehsal ili 8 ildən çox olan “Toyota Prius”ların kütləvi satışına başlanılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub.
Bu da ölkəmizdə taksi fəaliyyəti ilə kütləvi məşğul olan “Prius” markalı avtomobillərin qiymətinin enməsinə və satılmasına səbəb olub.
Belə ki, əvvəllər qiyməti 12 000 - 15 000 manat arası dəyişən “Prius” markalı avtomobillər alıcılara 10 000 - 10 500 manat arası təklif olunur.