Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA


“Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər”.
Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva “Doctor Piter” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imkan verəcək.
Mütəxəssis həmçinin qeyd edib ki, bu qidalarda kifayət qədər yağ var ki, bu da ödün fəaliyyəti üçün xeyirlidir.
Düzgün səhər yeməyinin əsasında zülallar, kompleks karbohidratlar və faydalı yağlar dayanır. Bu sadalananlar mədədə ağırlıq hiss etmədən oyanmağınıza kömək edəcəklər. Bundan əlavə, nahar vaxtına qədər aclıq hiss etməyəcəksiniz”, - deyə Dilyara Lebedeva bildirib.  
Qastroenteroloq əlavə edib ki, ideal səhər yeməyi üçün bir yumurta, bir-iki dilim pendir, mayasız çörək, avokado, xoşladığınız göyərtilərin yarpaqları, həmçinin toxum və ya qoz-fındıq lazımdır.
Mənbə: NEWS.ru