Böyrək çatışmazlığından əziyyət çəkən Vasifin köməyə ehtiyacı var: Dərdinə birlikdə çarə olaq


8 avqust 2003-cü il təvəllüdlü Niyazov Vasif Elnur oğlu böyrək çatışmazlığından əziyyət çəkir. Onun həyatda qalması göydə Allah, yerdə də xeyirxah insanların əlindədir. Hərəmiz Allah xatirinə 1 manatımızdan keçsək, imkanımız tükənməz, əksinə, bir gəncin həyatda qalmasına səbəb olarıq. Hərbi xidmətə yollanmaq, 2 şəhid əmisinin və bütün şəhidlərimizin qisasını almaq arzusunda olan Vasif Niyazovun həyatda qalması üçün köməyini əsirgəməyən hər bir insandan Allah razı olsun deyir, bu Müqəddəs Ramazan ayında tutduğunuz Orucun, etdiyiniz duaların, qıldığınız namazın Allah dərgahında qəbul olmasını və bu etdiyiniz yaxşılıqların savabının balalarınıza və bütün doğmalarınıza pay düşməsini diləyirəm.