MN: “Azərbaycan əsgəri ehtimal edilən istənilən təxribatın qarşısını almağa qadirdir”
04-apr, 12:49 71 GündəmBu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir:
“Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər. Bu gün Ali Baş Komandanın diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır”.