Balaca Rənanın sizin dəstəyinizə ehtiyacı var: “60% əlilliyi mövcuddur”


Üç yaşlı Rənanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Atlas Vəlizadə məlumat verib.
O bildirib ki, övladı anadangəlmə sidik kisəsinin neyrogen disfunksiyası xəstəliyindən əziyyət çəkir.
“Rəna ana bətnində olarkən onun böyrək problemi olduğunu öyrəndik. Doğulan gündən sidiyə kateter vasitəsilə gedib. Övladım üçaylıq olarkən vəziyyəti ağırlaşdığı üçün xəstəxanalardan birinə yerləşdirdik, beş ayında sağ böyrəyinin, doqquz ayında isə sol böyrəyinin sidik kanalları dəyişdirilib. Hazırda övladımın 60% əlilliyi var”.
Atlas Vəlizadə övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu deyib:
“Rəna mənim tək övladımdır. Beş il sonra dünyaya gəlib. İnanın, müalicə üçün hazırda imkanımız yoxdur. Rənanın müalicəsi üçün aylıq 500 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 647-60-55.
Kapital Bank: 4169 7385 9710 1074.