Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlandı
21-may, 11:48 75 GündəmBakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb:
“Ərazidə hərəkət tam məhdudlaşdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir”.