İsrail vətandaşları Maldivə gedə bilməyəcək


Maldiv adalarının prezidenti Məhəmməd Muizzu İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
“Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi və hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”, - deyə məlumatda bildirilib.