Prezident Qazaxın işğaldan azad olunan kəndlərindən danışdı
09-iyn, 11:08 62 Gündəm“Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib:
“Azərbaycanın otuz ildən çox müddət ərzində işğal altında olmuş Qazax rayonunun dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk”.