“Müstəqil Fələstin dövləti qurulmalıdır, paytaxtı da Şərqi Qüds...” - Prezident
10-iyn, 11:23 71 Gündəm / Siyasət“Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün Qahirədə mətbuata bəyanatlarla çıxışında deyib.
“Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”, - İlham Əliyev əlavə edib.