DİN-in ZABİTİ FƏXRƏDDİN QASIMOĞLUNUN “RUH” ADLI DETEKTİV JANRDA YAZDIĞI NÖVBƏTİ ƏSƏRİ İŞIQ ÜZÜ GÖRDÜ
10-iyn, 13:12 101 GündəmKönül Nəbizadə
Gündə yalnız 30 dəqiqə kitab oxuyan insanların ümumiyyətlə oxumayanlardan orta hesabla iki il daha çox yaşadıqları müəyyən edildi. Başqa bir hesabatda həftədə üç saatdan çox kitab oxuduğunu bildirən oxucuların ölmək ehtimalının yalnız qəzet və jurnal oxuyanlarla müqayisədə 23% daha az olduğu ortaya çıxdı. Əlbəttə ki, oxumaq sizi ölümsüz etməyəcək, ancaq elmi cəhətdən sübut edilmişdir ki, oxumağın qazandırdığı bilik və beyin inkişafı qocalıq xəstəlikləri ilə mübarizədə kömək edir.
Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir, çünki bu, beyin inkişafı üçün vacibdir. Yəni müəyyən biliklər əldə edildikdən sonra oxumaq dayanmamalıdır.
Oxumaq yaşından, iqtisadi vəziyyətindən və maraqlarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək çox vacibdir. Hər yaxşı kitab oxucu üçün yeni düşüncələr açır. Kitab oxuyarkən hansısa formada o kitabdakı hadisələri, duyğuları, təcrübələri və personajları özünüzlə əlaqələndirməyə çalışırsınız.
Bu nəinki kitaba qarışmağınızı təmin edir, həm də həyatınızda hələ baş verməmiş vəziyyətləri necə hiss edəcəyinizi və onlara necə reaksiya verəcəyinizi də dərk etdirir.
Beləliklə, oxuduğunuz hər bir səhifə ilə “özünüzün” yeni bir hissəsini kəşf etmək şansınız ola bilər!
Bu gün söhbət açacağımız yazar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində 30 ildən artıq xidmət edən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Ordusunun sentyabr ayının 27-də Qarabağda başladığı döyüşlərdə iştirak edərək, dədə-baba torpaqlarımız olan Zəngilan, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medal və fəxri fərmanlarla təltif edilmiş vətən müharibəsi iştirakısı, veteran Musa Qurbanzadənin atası, xoşbəxt valideyn, polis polkovnik-leytenantı Fəxrəddin Qasımoğludur. F.Qasımoğlu müəllifi olduğu əsərlərində əsasən xidmət zamanı əldə etdiyi təcrübəsindən istifadə edərək detektiv janra yeni nəfəs verir. Geniş oxucu kütləsi olan müəllif daha əvvəlki nəşrlərdə polis əməkdaşlarının fədakar fəaliyyətləri barədə bəhs edərək Azərbaycan Respulikası Daxili İşlər Orqanlarının əməkdaşlarının faliyyətinin görünmyən tərəfərinə toxunmuşdur. Bunlardan “Son gecə”,”On ikiyə işləmiş”, “İkibaşlı əjdaha” adlı əsərlərini qeyd edə bilərik. Fəxrəddin Qasımoğlunun yeni detektiv janrda yazdığı əsəri “Ruh” adlanır. 26 may 2024-cü il tarixində kitabın təqdimat mərasimi və imza günü keçirildi, tədbirdə Fəxrəddin Qasımoğlu əslində qeyd edilən əsəri oxuyan zaman hər kəsi düşündürən və hər kəsin özünü əsərdə tapacağı məqamların olduğunu bildirərək kitabda oxucularına hiss və həycanı bu formada şərh etmişdir: “Tam qaranlıq olan bağda diqqətlə qulaq asanda evin arxa tərəfindən səs gəldiyini eşitmiş, bir qədər yerini dəyişib səsin nə səs olduğunu müəyyən etmişdi. Kimsə evin arxasındakı geniş sahənin tən ortasında yeri qazırdı. Zəif ay işığında adamın sinəsinə qədər çalanın içində olduğu görünürdü. Amma o yenə də qazımağa davam edirdi. Təxminən qırx dəqiqə də qazdıqdan sonra oradan çıxan adamı görəndə Layiqə qeyri-ixtiyari diksinmişdi. Əlində bel tutub dayanmış yekəpər adamın ay işığında görünən silueti həqiqətən çox qorxunc idi. Yadına Bəxtiyarın sözləri düşdü: Ehtiyatlı ol, adam çox təhlükəlidir, boyu da iki metrə çatır. Şübhə yox idi, bu müşahidə apardığı bağın sahibi, onlara lazım olan adam idi”
Bizə də maraqlı hiss-həyəcanı yaradan bu kitabı sizlərə də tezliklə əldə edərək oxumanızı tövsiyə edirik. Oxuculara xoş mütaliələr! Hörmətli Fəxrəddin Qasımoğluna isə yaradıcılıq fəaliyyətində yeni uğurlar arzu edirik.
Nəbizadə Könül Faxrəddin qızı