“Azərsun Holdinq”dən 15 iyun Milli Qurtuliş günü və Qurban bayramı aksiyası


Azərbaycanın aparıcı şirkətlərindən olan və milli-mənəvi dəyərlərə xüsusi hörmət nümayiş etdirən “Azərsun Holdinq” 15 iyun Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə sosial layihə həyata keçirib. 

Şirkətlər Qrupu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə birgə bayram münasibətilə Nəsimi rayonunda bir qrup şəhid ailələləri, müharibə əlilləri və müharibə iştirakçılarını ziyarət edərək onlara “Azərsun Holdinq” məhsullarından ibarət bayram sovqatları hədiyyə edib.

AVMİB sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri “Azərbaycan bayrağı” ordenli polkovnik Elmar Hüseynov “Azərsun Holdinq”-nun  idarə heyətinin sədri  cənab Abdolbari Gozala şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları adından dərin minnətdarlığını bildirib.



Fərid Səfərov

“Xezertv.info”-nun rəhbəri