NATO-nun məğlub olmasını istəyən dörd dövlət hansıdır? - Stoltenberq
19-iyn, 11:15 64 GündəmÇin, Şimali Koreya və İran Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir, ABŞ və NATO-nun məğlub olmasını istəyirlər.
Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinken ilə Estoniyada birgə mətbuat konfransında deyib.
"Ukraynada uğur qazansalar, bu, bizi daha həssas, dünyanı isə daha təhlükəli edəcək. Deməli, bizim Ukraynaya dəstəyimiz xeyriyyəçilik deyil. Bu, bizim öz təhlükəsizlik maraqlarımızdır", - o deyib.
Stoltenberq qeyd edib ki, hamı müharibənin bitməsini istəyir, lakin Rusiyanın Ukraynanı işğal etməsi və Putinə təslim olması təhlükəsizlik və sülh gətirməyəcək. O, həmçinin Avropa müttəfiqlərinin və Kanadanın NATO sammitində Ukraynaya daha çox maliyyə və hərbi dəstək təklif edəcəyini gözləyir.
Və bu liderlər razılaşacaqlar ki, NATO Ukrayna üçün təhlükəsizlik və təlim yardımının koordinasiyasına rəhbərlik edəcək. Bütün bunlar ABŞ-ın yükünü azaldacaq", - baş katib əlavə edib.
Bildiyiniz kimi, NATO-nun hazırkı baş katibinin müqaviləsi oktyabrda başa çatır. O, 2014-cü ilin oktyabrında vəzifəsinin icrasına başlayıb.
Bu gün Stoltenberq bildirib ki, Alyansa üzv ölkələr bu mövqe üçün Hollandiyanın baş naziri Mark Rutte ilə razılaşa bilərlər.