Jurnalist onu məhkəməyə verən icra başçısına təşəkkür etdi: ”Nə yaxşı ki digərləri kimi…” – VİDEO
25-iyn, 14:39 161 GündəmAzTimes.az saytının redaktoru Pərvin Abışova Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rabil Hüseynov tərəfindən məhkəməyə verilib.
Buna səbəb bir qrup Ağcabədi rayonu Qaravəllər kənd sakinlərinin 20 aprel 2024-cü il tarixində ”AzTimes TV ” vasitəsi ilə prezidentə müraciətləri zamanı icra başçısının örüş torpaqlarını Kazım adlı iş adamına 60000 AZN qarşılığında satması iddiası olub.
Saytda qarşı tərəfin mövqeyi dərc olunmasına baxmayaraq videoların silinməsi tələb edilib, buna nail olmayan başçı sayt rəhbərinə 2000 AZN təzminat davası açıb. Rabil Hüseynov bu videonu yayımlayan jurnalistin onun şərəf və ləyaqətini alçaltdığını iddia edir. Buna görə Pərvin Abışova ölkə başçısına müraciət edib. Həmin müraciəti sizə təqdim edirik:
Xalqxeber.az