İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi təyyarə təqdim edildi


                Heydər Əliyev Beynəlxalq Aeroportunda iyunun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın "Leonardo” şirkətinin istehsalı olan "C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. 

     Qaynarinfo-nun məlumatına görə, tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, "Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.