Könül Nəbizadə - Qafqazda ən müasir ordu olan Azərbaycan Milli Ordusunun bu pillədə olması əbədiyaşar liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin zəhməti hesabına nail olunmuşdur.
26-iyn, 17:09 62 GündəmAzərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilatdır.Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strukturunun yaradıcısı və qurucusu dahi şəxsiyyət, uzaqgörən lider və cəsarətli insan, əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndərimiz bu aparıcı strukturun maddi-texniki bazasını yaratmış,təkmilləşdirmiş və buna əsasən xidmətdə fəaliyyət yüksəlmişdir.
Ulu Öndərimizin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbəmizin əldə edildiyi Vətən müharibəsi dövründə də hər birimiz bunun şahidi olduq.Bu gün Azərbaycan Ordusu Qafqazın ən güclü maddi texniki bazaya sahib ordusudur.
Silahlı Qüvvələrimizin yaradıcısı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyirik, layiqli davamçısı cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevə bir vətəndaş olaraq minnətdarlığımızı bildiririk ki, ölkəmizdə bu strukturun maddi texniki bazasını xüsusi diqqətdə saxlayaraq daim ən son hərbi texnika ilə təmin edir,təkmilləşdirilməsi üçün mühüm addımlar atır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət aparan bütün əməkdaşlara xidməti peşə fəaliyyətlərində müvəfəqiyyətlər diləyirik.