Naxçıvanın 5 min illik tarixinin daha bir nümunəsi aşkarlandı
28-iyn, 11:41 51 Gündəm AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Babək rayonunun Göynük kəndi ərazisində yerləşən "Bülövqaya” qədim yaşayış yerində arxeoloji qazıntılar aparır.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev qədim yaşayış yerində aparılan tədqiqat işləri ilə tanış olub. Bildirilib ki, araşdırmalar bu yaşayış yerinin e. ə. V minillikdə köçmə maldarlıqla məşğul olan insanlara aid olduğunu göstərir. Bu tayfalar köçəri həyat tərzi keçirib, yüngül konstruksiyalı, ya da çadır tipli evlərdə yaşayıblar. Burada aşkar olunan qiymətli tapıntılar boyalı keramika məmulatından ibarətdir. İindiyədək 200-dən artıq boyalı keramika aşkar olunub. İlkin tədqiqatlar bu keramika məmulatının Şimali Mesopotamiyadan köç edən Ubeyd tayfalarına və Ubeyd mədəniyyətinə aid olduğunu göstərir.