Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı - Gəncədə qorxunc hadisə


Gəncədə 3 nəfər yanıq xəsarəti alıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, başqa bir şəxs içərisi benzinlə dolu plastik qabı yandıraraq onların üzərilərinə atıb. Nəticədə 3 nəfər yanıq xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
***
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törədən şəxsin kimliyi məlum olub: Araşdırmalarla müəyyən edilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq 1997-ci il təvəllüdlü həmyerlisi Muraz Namazovun üzərinə atıb.
Hadisə nəticəsində M. Namazov, tanışları - 1993-cü il təvəllüdlü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.
                                                                                                  
                                                                                                  
                                                                                                  
                                                                
                                                                                                                                                                                                                                     Bizi Telegramda izləy