TƏBRİK EDİRİK!
03-iyl, 12:55 66 GündəmDünya uroloqlarının özlərinə general, marşal saydıqları Sudeyf Bəşir oğlu İmamverdiyevin doğum günüdür. Tibb elmləri doktoru, professor, dünyanın bir çox akademiyalarının həqiqi və müxbir üzvü, Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf”, I dərəcəli “Vətənə xidmətə görə” ordenli, 2 çağırış Milli Məclisin üzvü Sudeyf İmamverdiyev 60 ildən çoxdur ki, insanların sağlamlığı keşiyindədir. Urologiyada məktəb yaratmağa nail olub. Rəhbərliyi ilə 20-dən çox tibb elmləri üzrə fəlsəfə doktoru, 10-dan çox tibb elmləri doktoru yetişib.
Sudeyf müəllim həkim, cərrah, pedaqoq, alim olmaqla yanaşı, ictimai işlərdə də fəaldır. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) sədridir. Sudeyf İmamveriyev 50 ildən artıq birgə ömür yaşadığı Əməkdar həkim Sevda xanım Nəsrullayeva ilə 2 övlad, 3 nəvə boya-başa çatdırıblar.
Oğlanları Cavid İmamverdiyev tanınmış rejissordur. Qızları Sevinc xanım tibb üzrə fəlsəfə doktorudur. Nəvələri Murad və Şeyda İngiltərənin məşhur iniversitetlərində təhsil alıblar, cəmiyyətdə layiqli mövqeyə malikdirlər. Bulat İmamverdiyev Belçikada ali təhsil alır.
Sudeyf müəllim bu gün də tibbi fəaliyyətini davam etdirir, ictimai-siyasi işlərdə öndədir.
Akademikə, sevimli loğmanımıza sağlam canla uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.
Sevda Əlibəyli
“Söz” jurnalının baş redaktoru