AVRO-2024-də final günü: İspaniya, yoxsa İngiltərə?


Almaniyada təşkil olunan Avropa çempionatının qalibi bu gün müəyyənləşəcək.
     Qaynarinfo xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

     Berlindəki Olimpiya stadionunda keçiriləcək matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

     AVRO-2024
 

     Final
14 iyul
23:00. İspaniya - İngiltərə
Baş hakim: Fransua Leteksye (Fransa).
Berlin, Olimpiya stadionu.

     Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.