Bayden prezidentliyə namizədliyini geri götürdü
22-iyl, 11:31 42 GündəmABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.
"Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", - Bayden qeyd edib.
O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib.