Ən layiqli namizəd-Təyyar Yəhyayevə səs verək
14-avq, 13:31 31 GündəmPrezident, Ali baş Komandan İlham Əliyevin sərəncamı ilə bu il sentyabrın ilk gününə 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində deputat mandatı uğrunda mübarizə gündən-günə güclənir. İndiki vaxtda seçki prosesinin ilkin və önəmli mərhələlərindən birində – həm namizədliyin irəli sürülməsi, həm də namizədliyin qeydə alınması prosesindəyik.
Bu il parlament seçkilərinin işğaldan aazad olunmuş bölgələrimizdə keçirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. Bu ilin əvvəlində növbədənkənar Prezident seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsinə hamımız qürurla şahidlik etdik. İndi isə parlament seçkilərinin də bütün ərazilərimizdə keçirilməsinin sevincini yaşayırıq. Uzun illər torpaq həsrəti çəkmiş seçicilərimizin bir hissəsi artıq müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz ata-baba yurdlarında səs verəcəklər.
Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramı uğurla reallaşdırılır. Həmin ərazilərə köçənlərin sayı çoxaldıqca yeni seçki məntəqələrinin yaradılması zərirəti də artır. Bu məqsədlə həmin ərazilərdə bu il əlavə olaraq 8 yeni seçki məntəqəsi formalaşdırılıb. Bütün bu sadaladığımız məqamlara əsasən, deyə bilərik ki, növbədənkənar parlament seçkiləri ölkəmizin həyatında əlamətdar ictimai-siyasi hadisələrdən biridir.
Seçkilərin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisində keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş ən layiqli namizədi-Təyyar Yəhyayevi dəstəkləyək.Yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, ən layiqli namizədə-Təyyar Yəhyayevə səs verməyə səsləyirik.
1 sentyabr parlament seçkilərində ən layiqli namizədə Tıyyar Yəhyayevə səs verək, Azərbaycanın uğurlu gələcəyinə dəstək olaq.
80 saylı Lerik-Astara seçki darəsindən namizədliyi irəli sürülmüş ən layiqli və dəyərli Təyyar Yəhyayevin namizədliyini dəstəkləyərək seçiciləri ona səs verməyə çağırırıq.
Fərid Səfərov
AJB-nin üzvü