Türkiyədə 21 il sonra bir ilk

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NTV Türkiyə” məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabineti son 21 ildə ilk dəfə olaraq Ankaradan kənarda toplanıb.
Görüş Ahlat Prezident Sarayında keçirilir. İclasın əsas məsələsi meşə yanğınlarının olduğu deyilir. İclasda həmçinin iqtisadiyyatdakı son inkişaflar və antiterror əməliyyatları da müzakirə olunacağı bildirilib.
Qeyd olunur ki, belə iclas Sivas Konqresinin 84-cü ildönümü ilə bağlı 2003-cü ildə Sivasda keçirilib və Sivasın problem və ehtiyacları müzakirə edilib.