“Bu maddələri dünən rəsmi Bakıya təqdim etdik”
01-sen, 13:33 32 Gündəm“Ermənistan Azərbaycanı sülh sazişini imzalamağa və ratifikasiya etməyə dəvət edib”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Sülh müqaviləsinin 17 maddəsinin 13-ü, eləcə də müqəddiməsinin üçü qismən razılaşdırılıb. Bütün bu maddələri sülh sazişi kimi biz dünən rəsmi Bakıya təqdim etdik”, - deyə o, qeyd edib.
Baş nazirin sözlərinə görə, bu, mümkündür, çünki Ermənistan və Azərbaycan arasında sülhün bütün fundamental prinsipləri orada qeyd olunub.