Azərbaycanlı nazirdən xəbərdarlıq: Kiçik ada dövlətləri təhlükədədir

Azərbaycanlı nazirdən xəbərdarlıq: Kiçik ada dövlətləri təhlükədədir
                Son 10 ildə dünyada dəniz səviyyəsi əvvəlkindən iki dəfədən çox sürətlə qalxıb.
     Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.
 

     Onun sözlərinə görə, dəniz səviyyələrindəki bu dəyişikliklər kiçik ada dövlətləri üçün riskdir:

     "İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir”.//Report