"Onun qəhrəmanlıqlarını kinolarda görmüşdük"
27-okt, 11:34 14 GündəmSanki yerində donub qalıb… Nə dinir, nə danışır…
Tunc heykələ bənzəyir…
Gözləri divardan asılmış şəklə zillənib baxır… Bir özü bilir xəyalları onu hara çəkib aparır…
Arabir də gəlinin üzünə baxıb, "off" deyir…
Ömür-gün yoldaşı Zenfurə xanım Kərim kişiyə işarə edib deyir: "Atasının adını qoymuşdu Həmidə. Bütün nəsli, qohum-əqrəba Həmidi "ata" deyə çağırırdı… 4 ildir ki, bu vəziyyətdədir. Yanır, yanır sönmür…"
Qara örpəyin altında qara bulud kimi gözləri dolmuş Aynurə xanım üstünə qara hərflərlə "Sənsiz keçən günlərim" yazılmış gündəliyi sakitcə masanın üstünə qoyur…
Bu an sanki göy guruldayır, ildırım çaxır. Quş uçsa qulaq cingildəyən, sakitlikdə donmuş divarlar da sanki dilə gəlib hönkürüb ağlayır.
Gözüm gündəliyin ilk səhifəsində yazılmış cümlələrdə ilişib qalır: "Bütün günü oturub səninlə "danışıram". Deyirəm ki, sənsiz olmur, şəhidim... Acılarımla yaşayıram. Çox çətindir. Heç yuxularıma da gəlmirsən.Yoxsa məndən incimisən? Ayrılıq çox ağırdır. Amma dözürəm. Uşaqlarımız var deyə dözürəm. Həmişə sənə deyirdim ki, sənin üçün hər şey edərəm. Amma etmədim. Özümə qıymağa gücüm çatmadı... Yaşayıramsa, sənə olan sevgim yaşadır məni. Uşaqları böyütməliyəm. Çalışacağam ki, övladlarımızı sənin adına layiq böyüdüm. Nə qədər ömrüm var, sənin sevginlə yaşayacağam. Axirətdə səni görmək arzusu ilə..."
Şəhid kapitan Həmid Cəfərlinin qısa, lakin mənalı ömür yolunu ailə üzvləri ilə birlikdə nəzərdən keçiririk: kapitan Həmid Kərim oğlu Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Xətai rayonundakı 88 saylı orta məktəbdə 8-ci sinfə qədər təhsil alıb.
Anası Zenfurə Cəfərli Həmid haqqında xatirələrini bizimlə bölüşür:
- Həmidin 4-5 yaşı olanda mənimlə birlikdə oturub televiziyaya baxırdı. Xocalı hadisəsini, xalqımızın başına gələn dəhşətli faciələri görüb dayanmadan sual verirdi. O biri uşaqlarım heç televizora baxmazdılar. Amma Həmid ekranda gördüklərinin birinə də biganə yanaşmazdı. Deyirdi ki, böyüyüb günahsız öldürülən uşaqların qisasını alacağam. Artıq 5-ci sinifdə oxuyanda konkret müəyyənləşdirmişdi ki, hərbi məktəbdə oxuyacaq. Dərs əlaçısı idi. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə getmək istəyəndə məktəbin direktoru ona mane olmaq istədi. Dedi ki, Həmid əlaçıdır. Elmlə məşğul olsa, daha çox uğur qazanar. Gələcəyi parlaq uşaqdır. Deyilənlərə qulaq asmadı. Öz arzusunun ünvanına üz tutdu. Liseyə ən yüksək - 400 balla qəbul olundu. Dilindən də qisas sözü düşmürdü. Böyük oğlum da hərbçidir. Amma Həmid tam fərqli, vətənpərvərliyi ilə seçilən biri idi. Hərbi Liseyi əla qiymətlərlə bitirib 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2011-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə başa vurub leytenant hərbi rütbəsi aldı.
Leytenant Həmid Cəfərli Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir il kəşfiyyatçı tağım komandiri kursunda oxuduqdan sonra 2012-ci ildə "N" saylı hərbi hissənin kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsinə təyin olunmuşdu.
2013-cü ildə döyüş və ictimai hazırlıqda, nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə, fəxri fərman, "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi alıb.
2015-ci ildə "N" saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və əsirlər gətirib. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə yüksəlib. Türkiyədə "Komandos" qrupunun tərkibində təlimlər keçib. 2017-ci ildə isə "N" saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilib.
O, "Qüsursuz xidmətlərinə görə" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. 2019-cu ildə "N" saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda ön xətdə irəliləyən döyüşçülərin önündə gedən komandirlərdən biri də kapitan Həmid Cəfərli idi. Döyüşlərin qızğın getdiyi ilk günlərdə Həmid Cəfərli tağım komandirinin müavini vəzifəsinə yüksəlir…
Döyüşçülərinin önündə gedən Həmid Cəfərli Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində göstərdiyi şücaət ilə seçilir. Həmid Cəfərlinin komandanlığı ilə vuruşan cəsur döyüşçülər Cəbrayıl rayonu istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılması uğrunda əsl qəhrəmanlıqlar göstərirlər.
Onlar Cəbrayıl rayonu ərazisindəki yüksəklikləri işğaldan azad edib, Nüzgar kəndində Azərbaycan bayrağını ucaldıblar. Döyüş zamanı 7 gün şəxsi heyəti ilə mühasirədə qalsa da, mühasirəni yarmağa nail olub.
Atası Kərim kişi deyir ki, oğluna atasının adını qoymuşdu. Fərqli bir oğul idi. Çalışqan, ailəcanlı idi. Çox vətənpərvər, ağzıbütöv idi. Kişiyə yaraşan bütün keyfiyyətlər Həmiddə var idi. Kəşfiyyatçı idi. Zabit kimi hərbi xidmətinə Tovuz rayonunda başlamışdı. Nümunəvi xidmətinə görə vaxtından əvvəl kapitan rütbəsi almışdı. Qazaxda da bir müddət xidmət keçmişdi…
Müharibənin olacağı barədə bir kəlmə eyham belə vurmazdı: "Bir dəfə dedi ki, çox böyük təlimlərimiz olacaq. Sonralar iş yerini Beyləqana dəyişmişdilər. Ailəsi də yanındaydı. Bir gün ailəsini gətirib bizim yanımıza qoydu. Dedi ki, çox böyük təlimlərimiz olacaq. Müharibənin ilk saatlarından Həmid öndə - böyük zəfərə cığır açan zabitlərimizdən olub.
Həmid döyüşçü dostlarına deyirmiş ki, müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam. Sentyabrın 27-də dostuna göndərdiyi məktubda bildirib ki, xoş o adamın halına ki, ona şəhidlik nəsib olur".
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun dedikləri: "Müharibənin ilk günündən Həmid Cəfərli cəsarətli, igid bir döyüşçü olduğunu göstərdi. Müharibənin ilk günü kənd Horadiz və Mehdili yaşayış məntəqəsi həddindən, Horadiz stansiyasından Cəbrayıl istiqamətində gedən döyüşdə fəal iştirak edərək düşmənin ön xəttinin yarılmasında fəal iştirak edib. Həmid ekstremal şəraitdə döyüşü yüksək bacarıqla idarə edən komandir kimi nümunə göstərib. Şəxsi cəsarəti, əzmkarlığı ilə fərqlənən zabit olduğunu təsdiq edib".
Digər döyüş yoldaşı Məhəbbət Süleymanov isə deyir: "Sentyabrın 27-də gündüz saatlarında bizim döyüş texnikamız vuruldu. Şəhidlərimiz var idi. Mənim əllərim, üzüm, gözüm tamamilə yanmışdı. Gözlərim də sıradan çıxmışdı. Heç nə görmürdüm. Vəziyyətim olduqca ağır idi. Neytral zonada qalmışdım. Tam ümidsiz idim. Düşmən məni götürmək istəyirdi, amma bizimkilər, xüsusilə də Həmidlə Ülvü onlara imkan vermədilər. Məni oradan çıxarıb öz sığınacağımıza gətirib saxladılar. Yanmış vəziyyətdə mənim əsir düşməymin nə olduğunu təsəvvür etmək çətin deyil. Çox təəssüf ki, mən yaşadım, onlar özləri şəhid oldular".
"Həmidin gözlərini öz əllərimlə qapadım"
Döyüş yoldaşı Orxan Novruzov Həmid Cəfərlinin şəhid olduğu anı göz yaşı ilə xatırlayır: "Vətən müharibəsi başlayan gündən Həmid Cəfərli ilə bir taborda döyüşə girdik. Həmid 7-ci bölükdə, mən isə 9-cu bölükdə döyüşürdük. Həmin gün düşmənin üçüncü səngərində mühasirəyə düşdük. 7 gün mühasirədə qaldıq. Təsəvvür edirsiniz bu nə deməkdir? Düşmənin 30 il mökəmləndiyi, istehkam qurduğu bir mövqedə açıq mühasirəyə düşmək? 7 gün düşmənin ardıcıl hücumu, fasiləsiz güllə yağışı altında qalmaq, müqavimət göstərib mühasirəni yarmaq, düşmənə sarsıdıcı zərbə vurub onu geri oturtmağın nə olduğunu təsəvvür etmək çətindir… Həmid sol cinahda, mən sağ cinahda, ortada isə şəhidimiz Allahyar Telmanlı idi. Biz orada düşmənə dərs verdik…
Mühasirədən çıxandan sonra hücumu davam etdirdik. Hücum zamanı Həmidin komandanlıq etdiyi bölük əsl qəhrəmanlıq nümunəsi göstərdi… Düşmən döyüş mövqeyini qoyub qaçırdı. Biz kənd Horadiz üstündə möhkəmlənib növbəti döyüş tapşırığını aldıq. Həmin ərəfədə Allahyar Telmanlının qrupu hücuma keçmişdi. İkinci hücuma keçən qrup Həmid Cəfərlinin qrupu olmalı idi. Bu zaman düşmənin artilleriya atəşi başladı. Mərminin biri Həmidin yaxınlığına düşdü. Zərbənin təsirindən mən yıxılmışdım. Ayağa duranda gördüm ki, Həmid təpənin digər tərəfində torpağın üstünə uzanıqlı vəziyyətdə qalıb. Həmidin yanına qaçıb "Həmid, Həmid" deyə onu çağırdım. Həmiddən cavab gəlmədi. Onu gətirib sığınacağa yerləşdirdik. Nə qədər çalışsaq da, bir nəticə vermədi. Döyüş dostumun gözlərini öz əlimlə qapamağa məcbur oldum".
Döyüş yoldaşı Murad Şirinov söhbətə qoşulur: "Nə qədər yaşasam, Həmid Cəfərlinin şəhid olduğu an gözlərimin önündən getməyəcək. Elə bilirəm Həmid yenə mənə baxır. Cəbrayıl rayonunun azad olunması uğrunda döyüşlərə başlamışdıq. Onun etdiyi hərəkətlər bizə uşaq vaxtı kinolarda gördüyümüz qəhramanları xatırladırdı. Remboya bənzədirdik. Elə belə də - Rembo deyə çağırırdıq onu. Bütün növ silahlardan ustalıqla istifadə edirdi. Yaralının dadına çatırdı, şəhidi torpaq altında qalmağa qoymurdu ki, izi itər... Düşmənə də qan uddururdu. Güclü atışla düşmənin xeyli qüvvəsini məhv etmişdi. Biz belə düşünürdük ki, düşmən Həmidi aradan götürmək üçün xüsusi hazırlanmış qrup ayıracaq…
Onun şəhidolma anını xüsusi olaraq qeyd etmək istəyirəm. Oktyabrın 5-i yağışlı bir gün idi. Yağış neçə gün idi ki, yağırdı. Həmid inanclı insan idi. Şəhid olmamışdan əvvəl namazını qılıb, dua edib yanımıza gəldi. Dördçinar kəndinin üstündəydik. Qruplara bölünüb hücuma hazırlaşırdıq. Bu an yaxınlığına artilleriya mərmisi düşdü. Üzümə baxa-baxa şəhid oldu".
Söhbətimizi şəhidin ömür-gün yoldaşı Aynurə Cəfərli ilə davam etdiririk:
- Həmidin adı çəkilərkən istər-istəməz qəhər məni boğur. O xoşbəxt Həmidli günlərimə qayıdıram... Həmidlə mən Gəncədə tanış olmuşduq. 2015-ci ildə ailə həyatı qurduq. Həmidlə ailə qurduqdan sonra onun xasiyyətini, mənə qarşı rəftarını çox bəyənirdim. Alicənab və mərd birisi idi. Zaman keçdikcə o, mənim həyatımın anlamı oldu. Həmidi bəlkə də hədsiz dərəcədə çox sevirdim. Onu sevmək və onun sevgisinə layiq olmaq mənə bir başqa qürur verirdi. Nə zamansa ondan ayrı yaşaya biləcəyimi, Həmidsizliyə dözəcəyimi ağlımdan belə keçirə bilməzdim.
2016-cı ildə Cabbar dünyaya gəldi. Çox sevinmişdi... Bilirdim ki, yaxşı ata olacaq. Həmidin yumşaq qəlbi var idi. Cabbara, Hüseynə və Zeynəbə yaxşı ata oldu. Uşaqlar üçün hər şey edirdi. O, çox yaxşı da komandir idi. Əsgərlərini həmişə düşünər, onlara xüsusi qayğı göstərərdi. Elə olurdu ki, əsgərlərinin ehtiyaclarını öz cibindən qarşılayardı.
Həmidlə gözəl ailə həyatımız oldu. İnsan ömrü üçün 5 il bir ömür deyil. Amma 5 ildə yaşatdığı həyat mənə ölənəcən yetəcək...
Müharibə başlamışdı, mən çox həyəcanlı idim. Həmidə bir şey olacaq deyə qorxurdum. Bilirdim ki zəng etmək olmaz. Hər səhər namaza duranda ilk işim ona mesaj yazmaq olurdu. Bilirdim ki, o da sübh namazına durub və mütləq mənə nə isə yazacaq. Qısaca yazılmış "yaxşıyam", "salamatçılıqdır", "narahat olma" sözlərini oxuduqdan sonra az da olsa, sakitləşirdim. Nə hissi idi bilmirdim... Fikrimdən heç çıxmırdı. Düşünürdüm ki, Həmidə nə isə olacaq. Bilirdim ki, Həmid özünü qorumayacaq. Arxada durmaycaq... Oktyabrn 3-ü, ya da 4-ü səhər saat 10 və ya 11 olardı, zəng etdi. Elə bil harasa tələsirdi: "Necəsən? Uşaqlar necədir?". Dedim: "Yaxşıyam, bəs sən necəsən?". Dedi ki, mən də yaxşıyam.
Amma xəstələnmişdi, səsi batmışdı...
Həmidin əmisi oğlu Orxan Cəfərli müharibədə şəhid olmuşdu. Ancaq nəşini götürmək mümkün olmamışdı. Mən özümü saxlaya bilmədim. Ağlayaraq Orxanın şəhid olma xəbərini Həmidə dedim. O da tutuldu, bilmədi nə desin. "Dedi məndən narahat olma. Təmkinli ol. Həyatdır, hər şey ola bilər. Özünə yaxşı bax". Mən də ondan dönə-dönə diqqətli olmasını xahiş etdim. Yalvardım ki, "Həmid, özünü qoru". Bu, sonuncu danışığımız oldu. Oktyabrn 5-dən 6-na keçən gecə qapını döydülər...
Gələn Həmidin cansız bədəni idi... İlahi, o nə gecəydi elə? Dünya qara daş olub başıma çökdü. Hələ də o gecənin təsirindən çıxa bilmirəm. Mən Həmidi dəlicəsinə sevərkən Həmidsizliyə necə dözəcəyimi ağlımdan belə keçirə bilmirdim. Uşaqlara nə deyəcəyimi bilmirdim. Çox çarəsizdim. Allaha yalvarırdım ki, mənə güc-qüvvət, səbir versin. O hissləri indi danışmaq olur. Amma o ağrını yaşamaq çox çətindir. İnanın mənə, Həmidsiz keçən günlərimi ömrümdən saymıram. Ən xoş günümdə belə, ağlıma gəlir, gözümün önündə durur. Bəlkə də yaşamaq xatirinə danışıb gülürsən də. Amma xoşbəxt ola bilmirsən. Bu heç mümkün də deyil. Həmid sevincimizi, xoşbəxtliyimizi özü ilə apardı.
Zeynəb mənə deyir ki, ana sənə bir şey deyim: "Atamı istəyirəm. Onun üçün darıxmışam". Zeynəbin hələ 5 yaşı var. Həmidin şəhid olduğunun 3-cü günü Zeynəbin 1 yaşı tamam oldu. Həmid əvvəlcədən, ad günündə geyindirmək üçün Zeynəbə bilirsiniz nə həvəslə don almışdı. Amma olmadı...
Cabbar sevgisini içində saxlayır. O da atası üçün darıxır, amma dilinə gətirib deyə bilmir. Cabbar olanları başa düşür. Mənə heç vaxt, heç nə deməyib. Sevgisini üzə vuran deyil".
Kapitan Həmid Kərim oğlu Cəfərli 5 oktyabr 2020-ci ildə, saat 13:20 radələrində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhəri İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Elşən QƏNİYEV,
"Azərbaycan"