Lənkəran şəhərində gənc müəllimlər üçün düşərgə keçirilib
29-okt, 13:27 18 Gündəm / CəmiyyətGənclər Paytaxtı Lənkəran şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Müasir müəllim modeli: Rəqəmsal dünyanın gənc müəllimləri” layihəsi keçirilib.
4 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İcraçı direktoru Aygün Kərimova və layihələr üzrə meneceri Ramilə El-oğlu müəllimlərə proqram haqqında məlumat verib. Daha sonra təlimçi Cavid Məhəmmədzadə “CV hazırlanması qaydaları, nələrə diqqət etməliyik?” mövzusunda təlim və qrup işləri keçirib.
Layihənin 2-ci günü təlimçi-ekspert Samir Salayev “Düzgün danışıq qaydaları, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və nitq mədəniyyəti” mövzusunda öz təcrübələrini gənc müəllimlərlə bölüşüb. Daha sonra təlimçi Jalə Həsənova tərəfindən “Müəllimlərin İKT bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Günün ikinci yarısında isə AGMA-nın sədri Pərvinə Qədimovanın “Sosial mediada müəllim obrazı” təlimi ilə gün yekunlaşıb.
Qeyd edək ki, layihənin 3-cü günündə Nailə Mirzəzadə tərəfindən “PR, media və kommunikasiya” mövzusunda təlim, davamında isə qrup işiləri keçirib. Ardından Nilado Green Lənkərana infotur təşkil olunub. Günün ikinci yarısında Profity Academy-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aida Ramizin “Qara lövhədən ağ beyinlərə!” mövzusunda təlim və vörkşopu keçirilib.
Layihənin sonuncu gündə isə AGMA-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Fidan Quluzadə tərəfindən “PR-ın müasir müəllim imicinin formalaşmasında üstünlükləri” mövzusunda baş tutan görüşdə gənc müəllimlərin çox saylı sualları cavablandırılıb və təklifləri dinlənilib. Sonda gənc müəllimlərimiz AGMA-nın əməkdaşları tərəfindən sertifikatla təltif ediblər.