Vətənə, xalqına, dövlətinə sadiqlik nümunəsi

Həmid Həsənov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir. Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənovun həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur.
  Həmid Həsənov rəisi olduğu Xaçmaz Rayon Polis Şöbəsində daim ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdur. Şərəfli peşə olan polislikdə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Həmid müəllimin böyük zəhməti vardır.

Prezident İlham Əliyevdən nümunə götürən Həmid Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Həmid Həsənov 2020-ci il sentyabr ayında başlanan Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə “Dəmir Yumruq” əks-hücum əməliyyatı torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən oğlullarımızın, şəhid ailələrimizin, Qarabağ qazilərimizə sıx-sıx baş çəkərək onların problemləri ilə yaxından tanış olub, həllində əlindən gələn köməkliyini əsirgəmir. Həmid müəllim dövlətimizə hər zaman öz yüksək dəstəyini göstərmişdir.
 Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz RPŞ-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! 

Həmid Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayırıq.


Fərid Faiqoğlu

Təsisçi, AJB-nin üzvü