ƏSGƏR TURAL
26-yan, 15:55 194 Gündəm / Cəmiyyət / SosialVətən keşikçisi, əsgər Tural İlham oğlu Babayevə xitabən
Salam olsun əsgərimə, andına,
Könül istər nəğmə qoşsun adına,
O, hər zaman çatıb haqqın dadına...
Əsgər Tural, Tanrı olsun sənə yar!
Ata-ana dil əzbəri, can yeri,
Cüt bacının guvəncində san yeri,
Bir gözəlin gözlərində dan yeri...
Əsgər Tural, Tanrı olsun sənə yar!
"Şuşa ili" avand dedi yoluna,
"Dəmir yumruq" qüvvət oldu qoluna,
Vətən əmin əsgərinə, oğluna!
Əsgər Tural, Tanrı olsun sənə yar!
Zəfərimlə süslənibdir torpağım,
Zirvələrdə dalğalanır bayrağım,
Əsgərimdir hər addımda dayağım...
Əsgər Tural, Tanrı olsun sənə yar!
✍️Tapdıq ƏLİBƏYLİ
Salam olsun əsgərimə, andına,
Könül istər nəğmə qoşsun adına,
O, hər zaman çatıb haqqın dadına...
Əsgər Tural, Tanrı olsun sənə yar!
Ata-ana dil əzbəri, can yeri,
Cüt bacının guvəncində san yeri,
Bir gözəlin gözlərində dan yeri...
Əsgər Tural, Tanrı olsun sənə yar!
"Şuşa ili" avand dedi yoluna,
"Dəmir yumruq" qüvvət oldu qoluna,
Vətən əmin əsgərinə, oğluna!
Əsgər Tural, Tanrı olsun sənə yar!
Zəfərimlə süslənibdir torpağım,
Zirvələrdə dalğalanır bayrağım,
Əsgərimdir hər addımda dayağım...
Əsgər Tural, Tanrı olsun sənə yar!
✍️Tapdıq ƏLİBƏYLİ