NOVOSTNIK

Xırdalanda səhərə qədər su olmayacaq


                Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarə təmir-bərpa işləri aparır.
    
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

     Bildirilib ki, bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart saat 22:00-dan, 22 mart səhər saatlarına qədər dayandırlacaq.