Azərbaycanda su ehtiyatlarının azalması tariflərlə bağlıdır?
15-mar, 13:33 138 GündəmPərviz Heydərov yazır...
Ölkədə su ehtiyatlarımız barədə yaxşı proqnozlar verilmir. 2050-ci ilədək 15-20 % azalacağı deyilir. Ümumiyyətlə, müxtəlif rəqəmlər söylənilir. Lakin qarşıdakı 27 ildə nələrin baş verəcəyi isə hələ ki, bəlli deyil. Yəni, əslində 20% də azalma ola bilər, bundan az da azalma baş verə bilər və yaxud daha çox da. Sadəcə olaraq, reallıq ondan ibarətdir ki, ehtiyatımız azdır və getdikcə də azalmağa doğru gedir. Bu məsələ Prezident İlham Əliyev tərəfindən hələ 2-3 il bundan qabaq diqqət mərkəzinə götürülüb.
2020-ci ilin iyul ayının 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair müşavirə keçirildi. Bundan 10 ay sonra, yəni 2021-ci ilin aprelindəsə bu sahəyə cavabdeh olan qurumda - Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi edildi. Dövlət başçımız yeni təyin etdiyi sədri qəbul edərək bir daha sözügedən sahəyə dair ciddi fikirlər səsləndirdi.
Prezident həmin vaxt dedi ki, söhbət, prioritet sahədən gedir. “Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır”, - deyə, dövlət başçısı vurğuladı. Halbuki, bir çoxları su təsərrüfatına elə-belə yanaşır, bunu aqrar sektorun sırf tərkib hissəsi kimi görür, meliorasiya və su ilə təchizat məsələsinə bütövlükdə iqtisadiyyat üçün əhəmiyyət daşıyan bir sahə kimi baxmırlar.
Dövlət başçısının təşəbbüsü ilə bu sahədə çox işlər görülüb. Məhz bunun nəticəsidir ki, 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40% idisə, son illər 70%-ə, Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı isə 29% idisə, 82%-ə, regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi 9%-dən 63%-ə qalxıb. Son illər ərzində vaxtilə suvarılmayan yüz min hektarlarla torpaq sahələrinə su gətirilib, su görməyən yaxud, qismən suvarılan torpaqlara su verilib, həmin bölgələr canlanıb. Aqrar istehsal artıb.
Həmçinin, məsələn, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilməsə idi, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilməsəydi, kanalların çəkilişi və sair baş tutmasaydı, indi ölkəmizdə nəinki kənd təsərrüfatı mövcud olardı, əhali üçün adi içməli su da belə, çoxdan problem sayılardı.
Lakin qeyd etdiyim kimi, ehtiyatlar azalır. Su təsərrüfatına indiyədək külli miqdarda vəsait qoyulmasına baxmayaraq səmərə yox həddindədir. Potensialdan düzgün istifadə edilmir, müvafiq su ehtiyatları və istifadəsinə dair dəqiq uçot aparılmır, bilərəkdən və bilməyərəkdən itkilərə yol verilir. Odur ki, indiyədək həyata keçirilən bütün yenidənqurma və tikinti işlərinə rəğmən, əhalinin su ilə təminatında və kənd təsərrüfatında da suvarılma dayanıqlı xarakter daşımır.
Maraqlıdır, bütün bunlardan çıxış yolunu yenə qiymətləri artırmaqda görənlər var. Çünki bizdə bu adətdir: çatışmazlıqlar varsa öncə, tarifləri artırmaq zəruri bilinir. Söhbət, nədən gedir, deyim.
“Azərsu” ASC-nin sədr müavini bildirib ki, ölkədə mövcud su tarifləri ilə, yəni qiymətin aşağı olmasıyla bağlı qurum rentabelli işləyə bilmir və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Guya, tariflər dünyanın inkişaf ölkələrinə uyğun olarsa, rentabelli işləməyə və yenilikləri həyata keçirməyə şərait yaranacaq.
Əvvəla, Tarif Şurasının 1 fevral 2020-ci il tarixli qərarına əsasən, hazırda 1 kubmetr içməli suyun qiyməti 70 qəpik, kanalizasiya xidmətlərinə görə isə 30 qəpik təşkil edir. Bu isə o deməkdir ki, əhali 1 kubmetr içməli su üçün 1 manat ödəyir.
Yeri gəlmişkən, ölkəmizdə 1 litr Aİ-92 markalı benzin də eyni qiymətə satılır.
İkincisi, problem qiymətdə və tariflərdə deyil. İdarəetmədə yüksək keyfiyyət dəyişikliyinə və səmərələliyə nail olmasaq heç nə əldə olunan deyil. Bunun üçünsə təkcə kadr dəyişiklikləri kifayət deyil, sözügedən sahədə struktur islahatları da aparmaq və özəlləşdirmə məsələsinə də baxmaq lazımdır.
Məsələn, “Azərsu” ASC-nin fəaliyyətinin məqsədi istehlakçıları mərkəzi qaydada içməli su ilə təchiz etmək, həmçinin kanalizasiya xidmətləri göstərməkdir. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil etməklə, tullantı sularının təmizlənməsini və sairi həyata keçirməklə məşğuldur.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin əsas vəzifəsi isə su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də aqrar sahəni suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü həyata keçirtmək, ondan səmərəli istifadəni təşkil etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini reallaşdırmaqdır.
Hər iki qurumun idarə olunması məgər bir əldə, bir tavan altında birləşdirilsə səmərəli olmazmı?
Su özü bir enerji növü və enerji mənbəyidir. Ondan istifadə sabit qalmır, davamlı artır və genişlənir. Odur ki, su ehtiyatlarının artırılması, yeni mənbələrin aşkarlanması və bu sahədə itkilərə yol verilməməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Əvvəla, əhalinin sayı artır, ikincisi, iqtisadiyyat yerində saymır - inkişaf edir, kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq tələbi getdikcə daha çox ciddiləşir. Üçüncüsü isə iqlim dəyişir, su getdikcə dünyanın hər yerində obyektiv problemə çevrilir və sair.
Odur ki, sözügedən sahədə bundan sonra daha çox iş görmək zərurəti var. İdarəetmə müasir tələblərə cavab verməli, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik metodu dəyişməli, səmərəlilik əsas götürülməli, ümumiyyətlə suya bir enerji növü və mənbəyi olaraq baxılmalı və yanaşılmalıdır...
Yuxarıda suyun qiymətindən danışarkən 92 markalı benzindən təsadüfən söz açmadım. Əhaliyə suyun benzin qiymətinə satıldığı ölkədə meliorativ tədbirlər “dədə-baba” üsulu ilə aparılmamalı, bu sahədə dünyanın ən müasir texnologiyaları Azərbaycana gətirilməli, idarəetmə çox çevik xarakter daşımalıdır.