NOVOSTNIK

Mayora hücum edən kikboksçuların həbs müddəti uzadıldı


Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti uzadılıb.
     Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatəna görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.

     Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.
 

     Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.

     Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.