NOVOSTNIK

Nazim Eynallı: “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansında olan yollar əsaslı təmir olunur


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin  əməkdaşları yollarda yaranan çuxurların aradan qaldırılması istiqamətində  işlərini davam etdirir.

AzadMedia.az
xəbər verir ki, Şamaxı rayonunun daxili yollarındakı çuxurların, çalaların doldurulmasını həyata keçirir.
Məlumdur ki, asfalt örtüyündə yaranmış çatlar və çuxurlar sürücülərin hərəkətinə maneə törədir. Məhz bu maneələri aradan qaldırmaq üçün qurum əməkdaşları fasiləsiz çalışırlar.

Artıq yollardakı çala-çuxurlar  düzəlib. Problem aradan qaldırılıb. Həm piyadaların, həm də sürücülərin təhlükəsiz və rahat hərəkəti təmin olunub.

Ümumilikdə afaltlanma işləri sürətlə davam edir

www.AzadMedia.az