ADY-dən ayrılan department müdirinə yüksək vəzifə verildi


                "Azərbaycan Dəmiryolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.
     Qaynarinfo-nun məlumatına görə, o, bundan sonrakı fəaliyyətini "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”ndə (AZCON) davam edəcək.
 

     Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.

     Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb. O, ADY-nin inkişafına mühüm töhfələr verib.