MİLLİ BİRLİYƏ NAİL О LAN LİDER


Həyatın bütün sahələrindən danışılanda ilk olaraq ümummilli liderimiz Heydər Əliyev yada düşür. Onun adı hər yerdə Azərbaycanla qoşa çəkilir. "Heydər Əliyev-Azərbaycan, Azərbaycan-Heydər Əliyev birliyi əbədidir" - kəlamı elə-belə yaranmayıb. Bu hikmətli sözlərin dərin mənası var. Ümummilli prezidentimiz dünyada qəbul olunan böyük şəxsiyyətdir.
 "Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm". Bu sözlər ABŞ prezidenti Corc Buşa məxsusdur. Bəli, dünyanın ən inkişaf etmiş, aparıcı ölkələrindən birinin liderinin dediyi bu sözlər xalqımız üçün baş ucalığıdır. Deməli, əsas liderlik etdiyi dövlətin yox, liderin  özünün böyüklüyüdür. Heydər Əliyev kiçik bir dövlətə rəhbərlik etməklə böyük hörmət, ad-san qazanmışdır. O, hər zaman bəşəriyyətin xoşbəxtliyi üçün səy göstərmiş, müharibəsiz dünya görmək arzusunda olmuşdur. İnsanların ədalətsiz müharibələrə cəlb edilməsi, günahsız insanların, о cümlədən qadınların, qocaların, uşaqların öldürülməsi, gülüşlərini fəğana dönməsi ilə barışmayan Heydər Əliyev bütün xalqları dinc, əmin-amanlıq şəraitində yaşamağa çağırmışdır. Ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətləri görən ümummilli liderimiz heç bir millətə bu günü arzulamamışdır. Ona görə də Heydər Əliyev bütün dünyada sevilir, adı hörmət və ehtiramla anılır.
Ötən əsrin sonundan - 1993-cü ildən azad və suveren Azərbaycanın rəhbəri olduğu 10 ildə də azərbaycançılığı həyatının mənasına çevirərək özü ilə daşıdı. Onun daxilində yaşanan, milli qeyrətdən, təəssübkeşlikdən və qürurdan qidalanmış azərbaycançılıq duyğuları artıq ideologiyamızın təməl daşına çevrilərək zaman-zaman boy atırdı. Heydər Əliyev dövlət quruculuğunda məhz özünün hazırladığı mükəmməl nəzəriyyəni - azərbaycançılıq ideologiyasını milli ideoiogiyamızın ana xəttinə çevirdi. Bu illər ərzində vəziyyətdən asılı olmayaraq prezident Heydər Əliyevin beynəlxalq aləmdəki rolu Azərbaycanın mövqeyi oldu. Təsadüf deyildir ki, beynəlxalq aləmdə müasir Azərbaycanı onun şah əsəri, sağlığında ozünə ucaltdığı abidə adlandırırlar.
O, hər şeydən öncə dünya azərbaycanlılarının mənəvi atası, müdrik ağsaqqalı. nüfuzlu dövlət xadimi və ən böyük azərbaycanlı idi. Doğrudan da böyük öndərimiz beynəlxalq arenada Azərbaycanın imici, şəxsiyyətində əslazərbaycanlı obrazı birləşdirən. "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" - deyərək milyonların məhəbbətini qazanmış müdrik insan idi.

Qarşıdakı illərdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş diplomatik səyləri daha da gücləndirmək, beynəlxalq qurumların imkanlarından maksimum istifadə etməkdir. Eyni zamanda, silahlı qüvvələrimizin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcəkdir.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən doyulan və Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş dayanıb.

Xalqımızı “Milli Qurtuluş Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirik.


Simran Xankişiyev
Bakı şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi Notariusu