Məhkəmə Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı müraciətə gələn həftə baxacaq
17-apr, 13:57 132 Gündəm
"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətə gələn həftə baxılacaq.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.
Ads by
0 Reklamınızı SmartBee ilə effektiv edin.
Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
0 Reklamınızı SmartBee ilə effektiv edin.Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.





