POLİS İNSAN HÜQUQLARININ KEŞİYİNDƏDİR
02-iyl, 15:29 204 Gündəm / Siyasət / CəmiyyətŞanlı tarixə malik olan Azərbaycan polisi insan hüquq və azadlıqlarının qorunmasına Azərbaycan polisi həssaslıqla yanaşır. Bu gün vətəndaş inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır.
Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ hallara qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir.
Vətəndaş onun problemlərinİ vaxtında həllinə ədalətli münasibət, müraciətlərinə həssas yanaşma göstərən dövlətə etimad bəsləyir, onu dəstəkləyir.
Ölkədəki əmin-amanlığın və qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan əhalidən daxil olan müraciətlər diqqətlə araşdırılır və müvafiq ölçülər götürülür.
Respublikamızın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müsahibələrinin birində vurğulamışdır ki, hüquq-mühafizə fəaliyyətinin yeni iqtisadi və sosial münasibətlərə uyğun qurulması cəmiyyətin daxili işlər orqanlarına olan tələblərini də əhəmiyyətli dərəcədə artırır, üzərinə düşən vəzifələrin dairəsi genişlənir: “İnsan hüquq və azadlıqlarının qorunması başlıca funksiyalardan birinə çevrilir”.
Təcrübə də göstərir ki, şəffaflıq, insan hüquqlarının qorunması, qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir. Odur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılması, onların hüquqlarının qorunması daxili işlər orqanlarının əsas iş prinsiplərindən biridir.
Sözsüz ki, respublikada qanunçuluğun təmini işində qazanılan uğurların arxasında çətin şəraitdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Ölkədəki ictimai sabitliyin etibarlı qorunması, qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi şəxsi heyətin nizam-intizamından asılıdır.
Bütün bu işlərin və qanun-qaydanın və sabitliyin qorunub saxlanmasında Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun əməyi sonsuzdur.
Abşeron RPŞ, Mehdiabad polis bölməsinin rəisi Ceyhun Qasımov: Hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirir.
Azərbaycan polisinin 104 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını deyən Ceyhun Qasımov, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayır.
Bizdə Redaksiyamızın adından 104 illik şanlı tarixə malik olan, şərəfli yol keçən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bütün polis əməkdaşlarını, xüsusilə qeyd etmək istəyirik ki, bşeron RPŞ, Mehdiabad polis bölməsinin rəisi Ceyhun Qasımovu və rəhbərlik etdiyi qürumun bütün kollektivini peşə bayramın münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğur və qalibiyyət arzulayırıq.
Peşə bayramınız mübarək Azərbaycan polisi!