Türkiyə XİN Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi

Türkiyə XİN Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
 Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
 "Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!
 Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın iftixarına və coşqusuna səmimi qəlbdən şərik oluruq", - deyə paylaşımda bildirilib.