Vətənə sevgi
05-okt, 11:13 178 Gündəm / Siyasət / CəmiyyətMüharibə əmrini çoxdan gözləyən Azərbaycan xalqı, müzəffər ordumuz Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşdi.
27 Sentyabr – bu gün Azərbaycan xalqının tarixinə ən önəmli səhifələrdən biri olaraq həkk edildi. Torpaqlarımızın işğaldan azad edilməsi üçün başlanan əks-hücum əməliyyatından 1 il ötür. Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli uğurlu siyasəti, məğrur rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi və 44 günün yekununda Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılan Zəfər ölkəmizin bundan sonrakı inkişafı və tərəqqisi üçün möhkəm dayaq deməkdir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ötən il sentyabrın 27-də ölkəmizə qarşı növbəti təxribatı törədərək, cəbhə boyu ərazilərdə hücum əməliyyatlarına başladı. Daha çox torpaq ələ keçirmək arzusunda olan ermənilərin 27 sentyabr təxribatı xalqımızın səbir kasasını daşıran son həmlə idi. 1990-cı illərdə ermənilər tərəfindən başlanmış və 2020-ci ilə qədər davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına daim çalışan, işğalda olan torpaqlarımızın danışıqlar vasitəsilə qaytarılması prinsipinə sadiq olan Ali Baş Komandan bu dəfə həddini daha da aşan faşist düşmənin təxribatına cavab verilməsini, əks-hücum əməliyyatlarının başlanmasını əmr etdi. 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuz özünə “məğlub edilməz” imici yaratmağa çalışan, yeni ərazilər işğal etmək iddiaları səngiməyən Ermənistana sarsıdıcı zərbələr vurdu. O zərbələr ki, uzun illər ermənilərin özünə gələ bilməyəcəyinə qarantiya oldu. Ermənistan Ordusunun 6 mindən artıq canlı qüvvəsi, milyardlarla dollar dəyərində hərbi texnikası qəhrəman əsgərlərimiz tərəfindən məhz Vətən Müharibəsində məhv edildi. Ən önəmlisi, Ordumuzun qəhrəmanlığı, məğrurluğu və haqq yolundan dönməzliyi məğlubiyyətə düçar olan Ermənistanı diz çökərək, təslim aktını imzalamağa məcbur etdi.
Vətən Müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.
Elgün İmanlı
Bakı şəhəri 32 saylı notariat ofisinin
xüsusi notariusu